Tələskənliyin içində unudulmuş səni xatırla...
17:38 29.06.2025
0
0
1
16:53
Yekaterinburq məhkəməsinin qərarına əsasən, azərbaycanlıların işi üzrə təqsirləndirilən altıncı şəxs olan Bəkir Səfərov da 72 saat müddətinə həbsdə saxlanılacaq.
"Şərq qapısı" xəbər verir ki, yerli medianın məlumatına görə, dövlət ittihamçısı şərh verməkdən imtina edib.
16:12
Yekaterinburq Lenin Rayon Məhkəməsində şübhəli şəxs kimi saxlanılmış Əhliman Gənciyev barəsində 3 gün müddətində həbs qətimkan tədbiri seçilib.
"Şərq qapısı"nın məlumatına görə, Əhliman Gənciyevin vəkili jurnalistlərə bildirib ki, onun müdafiə etdiyi şəxs çətinliklə hərəkət edir. Hazırda müdafiə tərəfi ədalətin bərqərar olunmasına nail olmağa çalışır.
Yekaterinburq Lenin Rayon Məhkəməsində şübhəli şəxs kimi saxlanılmış Şahin Lalayev barəsində 3 gün müddətində həbs qətimkan tədbiri seçilib.
"Şərq qapısı" xəbər verir ki, hazırda iş üzrə Gənciyev Əhliman Səttar oğlunun barəsində qətimkan tədbirinin seçilməsi məsələsi məhkəmədə müzakirə olunur.
Daha sonra Bakir Səfərov hakim qarşısına çıxarılacaq.
Digər xəbərlər