NAXÇIVAN :

29 Iyun 2025, Bazar

Yekaterinburqda məhkəmə daha bir azərbaycanlı barəsində həbs qətimkan tədbiri seçib, digər azərbaycanlının da məhkəməsi olacaq YENİLƏNİB-4

...

Yekaterinburqda şübhəli şəxs qismində saxlanılan daha bir azərbaycanlı - Ayaz Səfərov məhkəmə salonuna gətirilib.
13:20
Yekaterinburq məhkəməsi Akif Səfərov barəsində 22 günlük həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib.
"Şərq qapısı" xəbər verir ki, o, şübhəli şəxs qismində tanınır.

Məhkəmə zalına iş üzrə təqsirləndirilən daha bir şəxs - 1963-cü il təvəllüdlü Akif Səfərov gətirilib.
Rusiya mediasının məlumatına görə, o da digər saxlanılanlar kimi 2000-ci illərin əvvəlində Yekaterinburqda baş vermiş hadisələrlə bağlı şübhəli bilinir.
İstintaq onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət qaldırıb. Məhkəmə iclası qapalı rejimdə keçirilir.
İlkin məlumata görə, A.Səfərov Yekaterinburqda fəaliyyət göstərən “Kaspiy” kafesinin direktorudur. O, evlidir və yetkinlik yaşına çatmış övladları var.

Nəşr edilib : 29.06.2025 13:40