Diplomatik korpusun nümayəndələri Şuşada YENİLƏNİB...
19:10 11.09.2026
0
0
0
NAXÇIVAN :
11 Sentyabr 2026, Cümə
Əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.
Konfransda Ulu Öndər Heydər Əliyevin, həmçinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
"Şərq qapısı" xəbər verir ki, konfransın gündəliyi təsdiq edildikdən və iş qaydası müəyyənləşdirildikdən sonra YAP Şərur Rayon Təşkilatının sədri Əmir Babayev hesabat məruzəsi ilə çıxış edib.
Məruzədə YAP Şərur Rayon Təşkilatının hesabat dövründə həyata keçirdiyi fəaliyyət, partiya üzvləri ilə iş, ərazi partiya təşkilatlarının fəaliyyəti, gənclər, qadınlar, partiya veteranları və media fəalları ilə aparılan işlər, ictimai-siyasi tədbirlər, seçki proseslərində iştirak, eləcə də müxtəlif sosial və mədəni layihələr barədə məlumat verilib.
Hesabat məruzəsi ətrafında çıxış edən Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov YAP Şərur Rayon Təşkilatının fəaliyyətini yüksək qiymətləndirib. O, ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq və inkişaf proseslərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi mühüm nailiyyətlərdən bəhs edib.
YAP Şərur Rayon Təşkilatının sədr müavini Adil Əhmədov, Həmzəli kənd ərazi partiya təşkilatının sədri Məhsəti Rzayeva çıxışlarında YAP Şərur Rayon Təşkilatının hesabat dövründə həyata keçirdiyi fəaliyyətə toxunaraq, xüsusilə gənclərlə iş, seçki proseslərində fəal iştirak, ictimai tədbirlərin təşkili, sosial media sahəsində görülən işlər, eləcə də qadınların partiya həyatında fəal iştirakı və onların ictimai-siyasi proseslərə cəlb olunması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat veriblər.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov çıxışında Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan, ölkənin ictimai-siyasi həyatındakı rolundan və partiyanın qarşısında duran vəzifələrdən bəhs edib. O, YAP-ın xalqın etimadını doğruldaraq fəaliyyətini uğurla davam etdirdiyini bildirib.
Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının siyasi təhlil, maarifləndirmə və seçkilərlə iş şöbəsi müdirinin müavini Asif İmaməliyev çıxış edərək YAP Şərur Rayon Təşkilatının fəaliyyəti barədə fikirlərini bölüşüb, partiyanın rayon təşkilatlarının qarşısında duran əsas vəzifələrə toxunub.
Milli Məclisin sədr müavini Ziyafət Əsgərov çıxış edərək Yeni Azərbaycan Partiyasının Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və ölkənin davamlı inkişafında mühüm rolundan danışıb.
Daha sonra Yeni Azərbaycan Partiyasının VIII Qurultayına nümayəndələr seçilib. Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.
Digər xəbərlər