Son iki gündə 99 cinayətin açılması təmin olunub...
11:42 08.06.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Sənan Məmməd oğlu Qarayevin vəzifəsindən azad edilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin olunması təklif edilir.
“Şərq qapısı” xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.
Parlamentin plenar iclasına tövsiyə edilən “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” layihəyə əsasən, həmçinin Xankəndi Şəhər Məhkəməsinin sədri İlkin Qismət oğlu Abdullayevin vəzifəsi dəyişdirilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin olunması nəzərdə tutulur.
Digər xəbərlər