NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

...

“Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 avqust tarixli 144 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 avqust tarixli 144 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 620 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissə üzrə:

1.1. birinci abzasda “aşağıdakı dövlət orqanlarına” sözləri “aşağıdakılara” sözü ilə əvəz edilsin.

1.2. 1.1-ci və 1.2-ci bəndlər müvafiq olaraq 1.2-ci və 1.3-cü bəndlər hesab olunsun və aşağıdakı məzmunda 1.1-ci bənd əlavə edilsin:

“1.1. Azərbaycan Respublikasının Prezidentinə:

1.1.1. kredit təşkilatının yenidən təşkili və ləğvi;”.

1.3. 1.2.1-ci yarımbəndə “kredit” sözündən əvvəl “Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla,” sözləri əlavə edilsin.

2. 2-ci hissədə “1.1-ci” sözləri “1.2-ci” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 yanvar 2026-cı il

Nəşr edilib : 08.01.2026 13:54