Baş nazir Əli Əsədov Çinin Azərbaycandakı səfiri i...
19:01 15.05.2025
0
0
0
NAXÇIVAN :
15 May 2025, Cümə axşamı
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 175-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 175-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14-1.1-ci maddəsində, 14-1.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 14-1.4-cü maddəsinin birinci və üçüncü cümlələrində, 14-1.5-ci maddəsinin birinci cümləsində və 14-1.6-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 14-1.1-ci maddəsində, 14-1.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 14-1.4-cü maddəsinin birinci və üçüncü cümlələrində, 14-1.5-ci maddəsinin birinci cümləsində və 14-1.6-cı maddəsində “orqan (qurum)” dedikdə aşağıdakılar nəzərdə tutulur:
1.2.1. qeyri-hökumət təşkilatlarına və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə (o cümlədən Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə) münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən qeyri-hökumət təşkilatlarına münasibətdə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi;
1.2.2. kommersiya hüquqi şəxslərinə, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə münasibətdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, habelə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti;
1.2.3. dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin işçilərinin say həddində dəyişiklik edilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 175-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
3. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 4, maddə 228 (Cild I); 2024, № 7, maddə 789, № 12 (I kitab), maddə 1292) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.1-ci bənddə “5-1.1-ci” sözləri “5-2.1-ci” sözləri ilə, “5-1.8-ci, 5-1.9-cu” sözləri “5-2.8-ci, 5-2.9-cu” sözləri ilə əvəz olunsun və həmin bəndə “13.3-1-ci,” sözlərindən sonra “14-1.1-ci maddələrində, 14-1.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 14-1.4-cü maddəsinin birinci və üçüncü cümlələrində, 14-1.5-ci maddəsinin birinci cümləsində, 14-1.6-cı,” sözləri əlavə edilsin;
3.2. 2.4.1-ci yarımbənddə “ölkələrin” sözü “dövlətlərin” sözü ilə əvəz edilsin;
3.3. 2.5-ci bənddə “5-1.4-cü” sözləri “5-2.4-cü” sözləri ilə, “5-1.6-cı” sözləri “5-2.6-cı” sözləri ilə əvəz edilsin;
3.4. 2.5-1-ci bənddə “5-1.1-ci” sözləri “5-2.1-ci” sözləri ilə, “5-1.9-cu” sözləri “5-2.9-cu” sözləri ilə əvəz edilsin;
3.5. 2.9-1-ci bənddə “5-1.8-ci” sözləri “5-2.8-ci” sözləri ilə əvəz edilsin;
3.6. aşağıdakı məzmunda 2.13-2-ci bənd əlavə edilsin:
“2.13-2. həmin Qanunun 14-1.1-ci maddəsində, 14-1.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 14-1.4-cü maddəsinin birinci və üçüncü cümlələrində, 14-1.5-ci maddəsinin birinci cümləsində və 14-1.6-cı maddəsində “orqan (qurum)” dedikdə aşağıdakılar nəzərdə tutulur:
2.13-2.1. qeyri-hökumət təşkilatlarına və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə (o cümlədən Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə) münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən qeyri-hökumət təşkilatlarına münasibətdə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi;
2.13-2.2. kommersiya hüquqi şəxslərinə, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə münasibətdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, habelə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti;
2.13-2.3. dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi;”.
4. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1501 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi”nə aşağıdakı məzmunda 3.1.16-2-ci yarımbənd əlavə edilsin:
“3.1.16-2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş hüquqi şəxsin benefisiar mülkiyyətçisi barədə məlumatları yoxlamaq;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 may 2025-ci il
Digər xəbərlər