NAXÇIVAN :

15 May 2025, Cümə axşamı

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

...

“Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli 387 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1541 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissədə, 2.1-ci və 2.2-ci bəndlərdə “və yenidənhazırlanma növləri” sözləri “istiqaməti” sözü ilə əvəz edilsin.

2. 4-cü hissə üzrə:

2.1. 4.1-ci bənddə “növü” sözü “istiqaməti” sözü ilə əvəz edilsin;

2.2. 4.2-ci bənd ləğv edilsin;

2.3. 4.3-cü bənddə “və yenidənhazırlanma növləri” sözləri “istiqaməti” sözü ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 may 2025-ci il

Nəşr edilib : 15.05.2025 12:30