NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın genişləndirilməsi diqqətdədir

...

İstanbulda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə Türkiyə Respublikası Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş arasında görüş keçirilib.

"Şərq qapısı" xəbər verir ki, Allahşükür Paşazadə ilə görüşməkdən məmnunluğunu ifadə edən Safi Arpaquş Azərbaycana səmimi arzularını çatdırıb.

Görüşün tarixi əhəmiyyət daşıdığını vurğulayan Allahşükür Paşazadə Safi Arpaquşla hələ İstanbul müftisi olduğu zaman görüşdüyünü xatırladıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, eləcə də əməkdaşlığın genişləndirilməsi və bu ilin sentyabr ayında keçiriləcək Türk Dövlətlər Təşkilatının Dini İdarə Rəhbərləri Şurasının toplantısı ilə bağlı təşkilatı məsələlər müzakirə edilib.

Nəşr edilib : 14.05.2026 11:26