NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Azərbaycan və Türkiyə XİN rəhbərləri İstanbulda görüşüb

...

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.

"Şərq qapısı" xəbər verir ki, görüş İstanbulda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü çərçivəsində baş tutub.

Hər üç ölkənin xarici işlər nazirlərinin təkbətək görüşlərindən sonra birgə toplantının keçirilməsi gözlənilir.

Daha sonra hər üç nazirin mətbuata birgə bəyanatla çıxış etməsi planlaşdırılır.

Nəşr edilib : 08.06.2026 14:54