NAXÇIVAN :

08 May 2025, Cümə axşamı

Azərbaycan vətəndaşı olan 17 nəfər Almaniyadan geri qəbul edilib

...

“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində mayın 6-da Azərbaycan vətəndaşı olan 17 nəfər Almaniya Federativ Respublikasından geri qəbul edilib.

Bu barədə  Dövlət Miqrasiya Xidmətinin(DMX) mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, DMX tərəfindən fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.

Nəşr edilib : 07.05.2025 11:37