NAXÇIVAN :

01 Iyul 2025, Çərşənbə axşamı

Bəzi yerlərdə yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA

...

İyulun 1-i saat 10:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə edilib.

"Şərq qapısı" xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, düşən yağıntının miqdarı Gədəbəydə 12, Şahdağda 7, Qusarda (Laza) 6, Göygöldə 3, Naftalan, Qrız, Daşkəsəndə 2, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Xankəndi, Gəncə, Şəmkir, Tovuz, Balakən, Qax, Zaqatala, Şəki, İsmayıllı, Oğuz, Quba, Xaltan, Şabran, Mingəçevir, Yevlax, Göyçay, Şahbuzda 1 millimetrdir.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti saniyədə Bakıda və Abşeron yarımadasında 21, Şahdağ və Mingəçevirdə 20, Culfada 18, Naftalanda 16, Şəkidə 15 metrədək güclənib.

Havanın maksimal temperaturu iyunun 30-da Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan Muxtar Respublikasında 32, Aran rayonlarında 35, dağlıq rayonlarda isə 23 dərəcəyədək isti qeydə alınıb.

Nəşr edilib : 01.07.2025 11:00