NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Bu gün Naxçıvanda temperatur 40 dərəcəyə çatacaq

...

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata əsasən 19 iyul saat 21:00-a qədər Naxçıvan Muxtar Respublikasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yüksək dağlıq ərazilərdə isə qısamüddətli yağış yağacağı və şimşək çaxacağı ehtimal olunur. 
Şərq küləyinin sürətinin 5-10 m/s arasında dəyişəcəyi, bəzi ərazilərdə isə arabir güclənəcəyi proqnozlaşdırılır.
Havanın temperaturunun gecə saatlarında 22-27 dərəcə isti, gündüz isə 35-40 dərəcə isti olacağı bildirilir.

Nəşr edilib : 19.07.2025 14:51