Naxçıvanlı şagirdin beynəlxalq uğuru
14:57 06.05.2025
0
0
0
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Konstitusiya və Suverenlik İli”, eləcə də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş “Əbədiyaşar Lider” adlı sərgi keçirilib.
“Şərq qapısı” xəbər verir ki, əvvəlcə görkəmli dövlət xadimi Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva çıxış edərək bildirib ki, Naxçıvan Rəssamlar Birliyinin yaradılması məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hər il olduğu kimi, bu il də naxçıvanlı rəssamlar Ümummilli Liderimizin xatirəsini 10 may ərəfəsində böyük təntənə ilə qeyd edirlər. Onun həyat və siyasi fəaliyyətini rəssamlarımız öz əsərləri ilə əbədiləşdirirlər. Bu gün Naxçıvan Rəssamlar Birliyinin üzvlərinin hərtərəfli fəaliyyət göstərmələri Ulu Öndərin incəsənət adamları üçün müəyyənləşdirdiyi siyasətin uğurla davam etdirilməsinə göstərilən diqqət və dəyərin nəticəsi, rəssamaların mükafatlara layiq görülməsi, onlara fəxri adların verilməsi bunun bariz ifadəsidir.
Sonra çıxış edən Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev, Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Asip Kaya, Prezident təqaüdçüsü Tərlan Musayeva, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar Ulu Öndər Heydər Əliyevin əbədiyaşar dühası haqqında geniş məlumat vermiş və sərgiyə baxış olmuşdur.
Məlumat üçün bildirək ki, sərgidə yağlı boya, metalişləmə, taxta üzərində yandırma, qrafika və başqa səpkili 50-ə yaxın əsər nümayiş etdirilir.
Aidə İBRAHİMOVA
Digər xəbərlər