Naxçıvanda Vəkillər Kollegiyası və Mediasiya Şuras...
20:28 08.06.2026
0
0
0
Şərur Rayon Mədəniyyət Sarayında Şərur Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider, müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Əbədiyyət zirvəsinə yüksələn Ümummilli Lider” adlı tədbir keçirilib. Əvvəlcə Ümummilli Lider, görkəmli dövlət xadimi Heydər Əliyevin Şərur şəhərindəki mərkəzi prospektdə ucaldılmış əzəmətli abidəsi partiya üzvləri tərəfindən ziyarət olunub, heykəlin önünə ehtiram əlaməti olaraq tər qərənfillər düzülüb.
Tədbirdə ilk olaraq Ümummilli Lider Heydər Əliyev və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının sədri Əmir Babayev və Şərur Rayon İcra Hakimiyyətinin başçısının müavini Aysel Zeynalabdinova Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən geniş bəhs edib, Onun müasir Azərbaycan dövlətinin qurulmasında əvəzsiz rolunu vurğulayıblar. Çıxışlarda qeyd olunub ki, görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, ölkəmizin regionda aparıcı və həlledici gücə çevrilməsində mühüm rol oynayıb, xalqımızın qəlbində əbədiyaşar lider kimi möhtəşəm bir abidə ucaldıb. Daha sonra partiya fəalları mükafatlandırılıb və partiya sıralarına yeni daxil olmuş üzvlərə vəsiqələr təqdim olunub.
Tədbirin sonunda “Əbədiyyətin ilk əsri – Heydər Əliyev” adlı sənədli film göstərilib.
Digər xəbərlər