Məhkəmədə Ermənistan ordusunun Azərbaycan ərazilər...
22:13 15.05.2025
0
0
0
NAXÇIVAN :
15 May 2025, Cümə axşamı
Ukrayna ilə Rusiya arasında ədalətli və uzunmüddətli sülhə aparan yol danışıqlar prosesindən keçir.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalyada NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin ikigünlük qeyri-rəsmi görüşünün nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Rusiya-Ukrayna dialoqunun bərpası barədə qərar münaqişə tərəflərinin iradəsinin və ABŞ-ın atdığı addımların nəticəsidir.
“Fikrimcə, proses davam etməlidir. Hər iki tərəf atəşkəs ideyasını prinsip etibarilə dəstəkləyir, lakin mövqelər fərqlənir. Sülhə nail olmaq hədəf olaraq qalırsa, tərəflər müəyyən addımlar ata və ümumi sülh gündəliyinin formalaşması üçün hər hansı güzəştlərə gedə bilərlər. Biz əvvəldən bildirmişik ki, bacardığımız qədər töhfə verməyə hazırıq. Rusiya və Ukrayna arasında uzunmüddətli sülhə ümid edirik. Düşünürəm ki, ümid üçün kifayət qədər əsas var”, – deyə Türkiyə diplomatiyasının rəhbəri vurğulayıb.
Hakan Fidan qeyd edib ki, hazırkı mərhələdə vasitəçilərin qarşısında ciddi vəzifələr durur.
Türkiyəli nazir ABŞ nümayəndə heyətinin də İstanbulda səfərdə olmasına diqqət çəkib.
Nazir Ankaranın Ukraynanın ərazi bütövlüyü və müstəqilliyinə dəstək mövqeyinin dəyişməz olduğunu vurğulayıb.
Suriyadakı vəziyyətə toxunan Hakan Fidan bildirib ki, bu qonşu ölkədə qeyri-sabit vəziyyət heç bir tərəfin maraqlarına uyğun deyil.
O, Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində ABŞ, Səudiyyə Ərəbistanı və Suriya liderlərinin iştirakı ilə keçirilən görüşə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın videobağlantı vasitəsilə qoşulduğunu da xatırladıb.
“Suriya qlobal ictimaiyyətə inteqrasiya olunmalıdır. Ankara bu istiqamətdə addımlar atmağa davam edir. Suriya əleyhinə sanksiyaların ləğvi də mühümdür”, – deyə H. Fidan qeyd edib.
Antalyadakı qeyri-rəsmi görüşün yekunları barədə danışan Türkiyənin xarici işlər naziri bildirib ki, NATO-ya üzv ölkələrin dövlət və hökumət rəhbərlərinin növbəti sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək.
“NATO-da ikinci böyük orduya sahibik. Türkiyə Avropanın təhlükəsizlik arxitekturasının formalaşdırılmasında mühüm rol oynamağa davam edəcək”, – deyə H. Fidan vurğulayıb.
Digər xəbərlər