NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

İyun ayının qeyri-iş günləri müəyyənləşib

...

"Şərq qapısı"nın  məlumatına görə, iyunda ümumilikdə, 10 qeyri-iş günü olacaq.

Belə ki, bura iki rəsmi bayram və dörd həftəsonu günləri daxildir.

15 iyun Milli Qurtuluş Günü, 26 iyun Silahlı Qüvvələr Günüdür. Qeyd olunan tarixlər müvafiq olaraq bazar ertəsi və cümə gününə təsadüf edir.

Bununla yanaşı, 6, 7, 13, 14, 20, 21, 27, 28 iyun isə şənbə və bazar günləridir.

Onu da əlavə edək ki, iyunun 13-də, 14-də, 15-də, həmçinin 26, 27 və 28-də ardıcıl olaraq qeyri-iş günləri hesab ediləcək.

Nəşr edilib : 25.05.2026 14:55