Prezident İlham Əliyevin adından Vyetnam Kommunist...
21:56 07.05.2025
0
0
0
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Babək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Uşaqların ana südü ilə qidalandırılması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Lamiyə İbrahimova sözügedən mövzunun əhəmiyyətini vurğulamışdır. Daha sonra komitənin Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi Firuzə Hüseynova təqdimatla çıxış edərək körpələri ana südü ilə qidalandırma və bunun faydaları haqqında məlumat vermişdir. Qeyd etmişdir ki, körpənin həyata yaxşı başlanğıcı üçün ana südü çox önəmlidir. Ana südü yenidoğulmuş körpə üçün əvəzedilməz və ən ideal qidadır, o, körpənin sağlam böyüməsi və inkişafı üçün lazım olan bütün enerji və qida maddələrini təmin edir.
Sonra Babək Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin həkim-pediatrı Gülarə Baxşıyeva mövzu ilə bağlı ətraflı çıxış etmişdir.
Tədbir diskussiya xarakterli olub.
Digər xəbərlər