Prezident İlham Əliyevin adından Vyetnam Kommunist...
21:56 07.05.2025
0
0
0
NAXÇIVAN :
08 May 2025, Cümə axşamı
Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə rəsmi səfərdə olan Macarıstan Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, professor, general Qabor Böröndinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Hərbi Hava Qüvvələrinin (HHQ) Mərkəzi Komanda Məntəqəsi, Kibertəhlükəsizlik Mərkəzi və komando hərbi hissələrindən birini ziyarət edib.
"Şərq qapısı" xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə HHQ-nin Mərkəzi Komanda Məntəqəsinə gələn nümayəndələrə Azərbaycanın müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-polkovnik Namiq İslamzadə müasir standartlara cavab verən, yüksək texnoloji imkanlarla təchiz edilmiş komanda məntəqəsinin strukturu və fəaliyyəti barədə məlumat verib. Qonaqlara ölkəmizin hava məkanına nəzarət, uçuş əməliyyatlarının koordinasiyası və qərargah səviyyəsində idarəetmə prosesləri barədə ətraflı brifinq təqdim olunub.
Sonra Kibertəhlükəsizlik Mərkəzinə gələn nümayəndələr Azərbaycan Ordusunun silahlanmasına daxil olan müasir silah sistemi və informasiya texnologiyaları vasitələrinin kibertəhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərlə, eləcə də Mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olublar. Nümayəndə heyəti müasir kibertəhdidlərə qarşı süni intellekt əsaslı kibermüdafiə vasitələri barədə ətraflı məlumatlandırılıb.
Daha sonra hər iki ölkənin Baş Qərargah rəisləri komando hərbi hissələrindən birini ziyarət edərək hərbi hissədə yaradılan şəraitlə tanış olublar.
Hərbi qulluqçuların dağ komando qülləsində və kəşfiyyat cığırında fəaliyyətləri izlənildikdən sonra Azərbaycan Ordusunun istifadəsində olan silah-sursat, təchizat və döyüş texnikasından ibarət sərgi nümayiş olunub, onların taktiki-texniki xüsusiyyətləri, düzgün istifadə qaydaları ilə bağlı məlumat verilib.
Digər xəbərlər