NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

“Məhkum olunmuş şəxslərə hüquqi və psixoloji yardımın göstərilməsi” mövzusunda tədbir keçirilib

...

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində “Məhkum olunmuş şəxslərə hüquqi və psixoloji yardımın göstərilməsi” mövzusunda tədbir keçirilib.
"Şərq qapısı" xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Strateji planlaşdırma və monitorinq şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Əli Rəhimov giriş sözü ilə çıxış edib. Çıxışda məhkum olunmuş şəxslərin cəmiyyətə reinteqrasiyası prosesində hüquqi maarifləndirmə və psixoloji dəstəyin əhəmiyyətindən danışılıb.
Daha sonra Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Psixoloji ekspertiza bölməsinin rəisi Fariz Səyyadov və Naxçıvan Müəllimlər İnstitutunun psixoloqu Ramal Bəhlulov çıxış edərək məhkum olunmuş şəxslərlə aparılan psixoloji işin əhəmiyyəti, onların sosial adaptasiyası və hüquqi biliklərinin artırılması istiqamətində görülən tədbirlər barədə məlumat veriblər.
Tədbirin sonunda Məhkəmə Ekspertizası Mərkəzinin psixoloqları və Naxçıvan Müəllimlər İnstitutunun psixoloqu tərəfindən məhkum olunmuş şəxslərlə fərdi qaydada görüş keçirilib, onlara hüquqi və psixoloji yardım göstərilib.

Nəşr edilib : 08.05.2026 13:23