NAXÇIVAN :

15 May 2025, Cümə axşamı

Mikayıl Cabbarov EBRD-nin Müdirlər Şurasının açılış sessiyasında iştirak edib

...

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) İllik Toplantısı çərçivəsində EBRD-nin Müdirlər Şurasının açılış sessiyasında iştirak edib.

"Şərq qapısı" xəbər verir ki, bunu iqtisadiyyat naziri "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Tədbirdə qlobal çağırışlar şəraitində iqtisadi resursların effektiv istifadəsi, iqlim fəaliyyətini dəstəkləyən infrastrukturun formalaşdırılması, rəqəmsal transformasiya, müasir biznes həllərinə investisiyalar, sənaye siyasəti və sosial təhlükəsizliklə bağlı qabaqcıl təcrübələr qeyd edildi", - nazir vurğulayıb.

Nəşr edilib : 15.05.2025 11:19