Heydər Əliyev milli-mənəvi dəyərlərin hamisi kimi...
15:22 08.05.2025
0
0
0
Milli Məclis "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş bəyanatı qəbul edib.
“Şərq qapısı” xəbər verir ki, layihə parlamentin “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda bu gün keçirilən xüsusi iclasında müzakirə olunub.
Bəyanatın mətnini deputat Bəhruz Məhərrəmov oxuyub.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyulub və yekdilliklə qəbul edilib.
11:52
Milli Məclis “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda keçirdiyi xüsusi iclasda bəyanat qəbul edəcək.
"Şərq qapısı" xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova parlamentin bugünkü xüsusi iclasında məlumat verib.
O qeyd edib ki, bəyanat iclasın yekununda qəbul ediləcək.
Xatırladaq ki, qanunverici orqanın bu gün keçirilən xüsusi iclası “Konstitusiya və Suverenlik İli”nə həsr olunub.
Digər xəbərlər