NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Milli Məclisin sədri Özbəkistanda işgüzar səfərdədir

...

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə Azərbaycan parlament nümayəndə heyəti İkinci Asiya Qadınlar Forumunda iştirak etmək məqsədilə Özbəkistan Respublikasına səfərə gedib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, səfər çərçivəsində Sahibə Qafarovanın İkinci Asiya Qadınlar Forumunun rəsmi açılış mərasimində çıxışı, həmçinin bir sıra ikitərəfli görüşləri nəzərdə tutulur.

Nəşr edilib : 14.05.2026 09:48