NAXÇIVAN :

01 Iyul 2025, Çərşənbə axşamı

Müdafiə Nazirliyi digər dövlət qurumları ilə birlikdə maarifləndirici tədbirləri davam etdirir

...

Müdafiə Nazirliyi ilə digər dövlət qurumları arasında təsdiq edilmiş birgə planlara əsasən keçirilən maarifləndirici tədbirlər davam edir.

Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin, Baş Prokurorluğun və Respublika Hərbi Prokurorluğunun əməkdaşlarının, habelə tabe rayon (şəhər) prokurorlarının iştirakı ilə “Məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqatın və inzibati xətalara dair işlər üzrə icraatın xüsusiyyətləri” mövzusunda təlim keçirilib.

"Şərq qapısı" xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən bildirilib ki, tədbir çərçivəsində dinləyicilərə məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqatın və inzibati xətalara dair icraatın aparılması ilə bağlı və digər aktual mövzular tədris edilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 01.07.2025 14:01