Sabahdan rayonlara leysan yağacaq
16:46 01.07.2025
0
0
0
Bakıda “Gimnastika hamı üçün” növü üzrə üçüncü beynəlxalq “Challenge” adlı tədbir təşkil olunub. Dənizkənarı Milli Parkda təşkil olunan festivalda 4 ölkə – Azərbaycan, Gürcüstan, Monqolustan və Uqandadan yaşından və fiziki hazırlıq səviyyəsindən asılı olmayaraq, 900-ə yaxın iştirakçı və 52 komanda yer alıb. Azərbaycanı təkcə paytaxtdan olan komandalar deyil, həm də ölkənin müxtəlif bölgələrindən olan iştirakçılar təmsil ediblər.
Tədbirdə Naxçıvan Muxtar Respublikasını “Naxçıvan” (məşqçi: Humay Qafarova) və “Şərur” (məşqçi: Xanım Əhmədova) komandalarından, ümumilikdə, 21 idmançı təmsil edib.
Çıxışı birinci yerlə qiymətləndirilən “Naxçıvan” komandası ötən il olduğu kimi, bu dəfə də turnirin qaliblərindən biri olub. Şərurlu gimnastlar isə ötənilki nəticələrini yaxşılaşdıraraq ikinci yerə sahib çıxıblar.
Qeyd edək ki, iştirakçılar iki yaş kateqoriyası – 50 yaşdan aşağı və 50 yaşdan yuxarı proqramları üzrə bacarıqlarını göstəriblər. Festivalda ustad dərsləri, komandaların rəngarəng yürüşləri, "Gimnastika hamı üçün" növü üzrə çıxışlar və hər yaş qrupunun zövqünə xitab edən əyləncə proqramları nümayiş olunub. Festivalın keçirilməsində məqsəd gimnastikanın təkcə idman deyil, həm də sağlam həyat tərzinin nümunəsi, eyni zamanda əyləncə forması olduğunu sübut etməkdir.
Digər xəbərlər