Sədərək rayonunda yol-nəqliyyat hadisəsi baş verib...
00:09 05.05.2025
0
0
0
Dünyanın müxtəlif ölkələrindən minlərlə şagirdin qatıldığı nüfuzlu "Sasmo" Olimpiadasında Naxçıvanı təmsil edən 10 məktəbli qızıl medal qazanaraq uğura imza atıb. Onlardan biridə 8 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdi Xədicə Məmmədlidir. Gərgin rəqabət şəraitində keçən həmin bilik yarışmasında o, yüksək nəticə göstərərək qızıl medala layiq görülüb. Qeyd edək ki, Xədicə 8 ay ərzində 3 beynəlxalq olimpiadada qalib olub. Ümumi sınaqlarda isə 3 dəfə 700 bal toplayaraq 10 qızıl, 4 gümüş, 4 bürünc, 4 kubok qazanaraq 30 ədəd sertifikat əldə edib.
Onun bu uğuru Azərbaycan təhsilinin beynəlxalq səviyyədə inkişaf etdiyini bir daha nümayiş etdirir. Biz də Xədicəni təbrik edir, gələcək fəaliyyətində daha böyük uğurlar arzulayırıq.
Digər xəbərlər