Azərbaycan və İtaliya arasında kənd təsərrüfatı se...
22:18 27.06.2025
0
0
0
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci maddəsinin II hissəsini, 32-ci maddəsinin I hissəsinin 1-ci bəndini və 30-cu maddəsini rəhbər tutaraq qərara alıram:
1. 2025-ci il iyun ayının 13-dən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası çağırılsın.
2. Növbədənkənar sessiyanın gündəliyinə aşağıdakı məsələ daxil edilsin:
- “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin müzakirəsi.
3. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı bu Qərardan irəli gələn məsələləri həll etsin.
Bəxtiyar MƏMMƏDOV
Naxçıvan Muxtar Respublikası
Ali Məclisi sədrini birinci müavini Naxçıvan şəhəri, 12 iyun 2025-ci il
Digər xəbərlər