"Heydər Əliyev Kuboku" uğrunda futzal turnirinin q...
23:12 30.06.2025
0
0
0
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin kollegiyasının 2025-ci il üçün iş planına əsasən nazirliyə tabe və sisteminə daxil olan müəssisə və təşkilatların rəhbərlərinin iştirakı ilə növbəti kollegiya iclası keçirilib.
Kollegiyada Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov Naxçıvan şəhər, Babək, Şərur, Sədərək, Kəngərli, Şahbuz, Culfa və Ordubad rayon MKS-lərdə “Rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərinin mərkəzi kitabxanalarında uçot işinin təşkili, mövcud vəziyyət və çatışmazlıqlar” ilə bağlı aparılan yoxlamanın nəticələrini təhlil edib.
Kollegiyada çıxış edən nazirlik Aparatının əməkdaşı Aygün Heydərli yoxlama barədə ətraflı məlumat verib.
Vurğulanıb ki, kataloq sisteminin standartlaşdırılması ilə əlaqədar M.S.Ordubadi adına Naxçıvan MR Kitabxanası tərəfindən kartoçkaların yazılışı ilə bağlı vahid metodiki vəsait hazırlanmalı, bütün MKS-lərə çatdırılmalı və bu istiqamətdə metodik nəzarət gücləndirilməlidir. Metodiki məktubların, sorğu kitablarının və qeyd dəftərlərinin nümunəvi formada rəsmiləşdirilməsi təmin olunmalıdır.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən nazirliyə tabe və nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatların fəaliyyətinin günün tələblərinə uyğunlaşdırılması istiqamətində görülən işlər davam etdirilir.
Digər xəbərlər