NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Naxçıvanda "15 iyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş beynəlxalq reytinqli şahmat turniri keçiriləcək

...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və "NAXIŞ-NƏRGİZ" Məhdud Məsuliyyətli Cəmiyyəti birgə təşkilatçılığı ilə 15-20 iyun 2026-ci il tarixlərdə Naxçıvan Şahmat Mərkəzində "15 iyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş şahmat üzrə beynəlxalq reytinqli turnir keçiriləcək.
"Şərq qapısı" xəbər verir ki, "İsveçrə" sistemi üzrə 9 turdan ibarət turnirdə FIDE ID hesabı olan və ən azı  II dərəcəli şahmatçlar iştirak edə bilər. Turnirdə iştirak etmək istəyən şahmatçılar yarış elan olunduğu gündən etibarən 15 iyun 2026-cı il tarixinədək Naxçıvan Şahmat Mərkəzinə müraciət etməklə va ya 060 553 67 47 "Whats App" nömrəsinə yazaraq qeydiyyatdan keçə bilərlər.
Turnirin gündəlik nəticələri və xal cədvəli www.chess-results.com saytında yerləşdiriləcək. Yekun nəticələrə əsasən I yerə 300, II yerə 200, lll yerə 100 manat pul mükafatı, kubok, medal və diplomlar təqdim olunacaq. Həmçinin 8, 10, 12, 14 yaşadək  şahmatçılar arasında hər yaş kateqoriyası üzrə ən çox xal toplayan şahmatçlar əlavə olaraq 50 manat pul və diplomla, ən yaxşı veteran şahmatçı 50 manat, ən yaxşı qadın şahmatçı 50 manat, ən kiçik oğlan və qız şahmatçılar 50 manat pul mükafatı ilə mükafatlandırılacaqlar.
Qeyd edək ki turnirin təşkilində məqsəd "15 İyun - Milli Qurtuluş Günü"nün qeyd olunması ilə yanaşı, Naxçıvan Muxtar Respublikasında şahmatın təbliği və inkişafına, şahmatçıların oyun təcrübəsinin və beynəlxalq reytinqinin artırılmasına nail olmaqdır.

Nəşr edilib : 06.06.2026 16:48