Vəkillər Kollegiyasının rəhbərliyi Culfa Rayon Vək...
14:39 08.06.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “15 may – Beynəlxalq Ailə Günü” münasibətilə Kəngərli rayonunun Qarabağlar kəndində yaşayan, evliliklərinin 67 illiyi qeyd olunan uzunömürlü Qasımovlar ailəsi ilə görüş keçirilib.
“Şərq qapısı” xəbər verir ki, görüşdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Cəlil Rüstəmov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Vətən müharibəsi iştirakçısı, qazi Təbriz Zeynalov və komitənin könüllü gəncləri iştirak ediblər.
Görüşdə qeyd olunub ki, ölkəmizdə ailələrin rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biri də uzunömürlü və nümunəvi ailələrin daim diqqətdə saxlanılmasıdır. Vurğulanıb ki, ailə dəyərlərinin qorunaraq gənc nəslə ötürülməsi, xüsusilə belə ailələrin həyat təcrübəsindən faydalanmaq mühüm əhəmiyyət daşıyır.
Təşkilatçılar “15 may – Beynəlxalq Ailə Günü” münasibətilə Qasımovlar ailəsini və onların timsalında, ümumilikdə, muxtar respublikada yaşayan bütün ailələri təbrik ediblər.
Sonda uzunömürlü və nümunəvi Qasımovlar ailəsinin həyat təcrübəsi dinlənilib, görüş iştirakçıları səmimi anlarla bağlı xoş təəssüratlarını bölüşüblər. Ailənin başçısı Qasım Qasımov, xanımı Gülxanım Qasımova və övladlarından Vəzir Qasımov ailəyə göstərilən diqqət və qayğıya görə dövlətə minnətdarlıqlarını bildiriblər.
Sonda komitə tərəfindən Qasımovlar ailəsinə hədiyyələr və gül buketi təqdim edilib.
Qeyd edək ki, Qasımovlar ailəsinin 6 övladı, 17 nəvəsi və 23 nəticəsi var.
Digər xəbərlər