NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Naxçıvanda “Azərbaycan memarlığının görkəmli siması: Əcəmi Naxçıvani” mövzusunda respublika elmi konfransı keçirilib

...

AMEA Naxçıvan Bölməsində AMEA Arxeologiya və Antropologiya İnstitutu ilə birgə “Azərbaycan memarlığının görkəmli siması: Əcəmi Naxçıvani” mövzusunda respublika elmi konfransı keçirilib.
“Şərq qapısı” xəbər verir ki, konfransın plenar iclasında AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev giriş sözü ilə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti tərəfindən Möminə xatun türbəsinin bərpası və konservasiyası, həmçinin Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd olunması ilə bağlı imzalanmış sərəncamların əhəmiyyətindən danışıb.
Daha sonra akademik İsmayıl Hacıyev “Əcəmi Naxçıvani: həyatı, mühiti və sənəti” mövzusunda məruzə edib. Məruzədə Əcəmi Naxçıvaninin həyat və yaradıcılığı, memarlıq irsi, abidələrdə istifadə olunan ornament və kompozisiya xüsusiyyətləri haqqında məlumat verilib.
Naxçıvan Dövlət Universitetinin professoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli “Görkəmli memar Əcəmi Naxçıvani şəxsiyyəti və irsinə dövlət qayğısı”, AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev “Əcəmi yaradıcılığındakı bəzi naxış motivlərinin tarixi kökləri”, AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhlul İbrahimli “Xaraba Gilan şəhər yerində Əcəmi yadigarı” mövzularında məruzə ediblər.
Konfrans daha sonra bölmə iclasları ilə davam etdirilib.

Nəşr edilib : 14.05.2026 09:45