Emin Əmrullayev TDT Təhsil Nazirlərinin iclasında ...
17:45 08.06.2026
0
0
0
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü il dönümü münasibətilə Naxçıvan Baş Gömrük İdarəsində gömrük orqanlarında xidmətə yeni qəbul olunmuş gənc əməkdaşların andiçmə mərasimi keçirilib.
Mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
"Şərq qapısı" xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gömrük orqanlarında xidmətə yeni qəbul olunmuş 45 nəfər əməkdaş xidməti andı içiblər.
Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev and içən əməkdaşları təbrik edərək seçdikləri bu şərəfli yolda onlara uğurlar arzulayıb.
Sonra gömrükçülər Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucalan abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.
Sonda gömrük əməkdaşları Naxçıvan Muxtar Respublikası Heydər Əliyev Muzeyi ilə də tanış olublar.
Digər xəbərlər