Yeni Roma Papası seçilib
20:58 08.05.2025
0
0
0
NAXÇIVAN :
08 May 2025, Cümə axşamı
AMEA Naxçıvan Bölməsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Dahi şəxsiyyət” mövzusunda elmi konfrans keçirilib.
Konfransı açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev əvvəlcə Ulu Öndərin həyat və siyasi fəaliyyətinə qısa nəzər salıb, Onun Azərbaycana rəhbərliyinin hər iki dövründə ölkədə qeydə alınan nəzərə çarpan inkişaf tendensiyasını və əldə olunan yenilikləri şərh edib.
Akademik ötən əsrin sonlarında ölkəni düşdüyü böhranlı vəziyyətdən qurtaran liderin xilaskarlıq missiyasından, sahib olduğu mükəmməl idarəetmə bacarığından danışıb. Vurğulanıb ki, Heydər Əliyev çalışdığı bütün vəzifələrdə Azərbaycanı layiqincə təmsil etmiş, daim ölkənin gələcəyi, xalqın rifahı üçün çalışmışdır.
“Heydər Əliyev tarix yazan şəxsiyyətdir. Bu gün Prezident İlham Əliyevin fəaliyyəti və yürütdüyü uzaqgörən siyasət Ulu Öndər yolunun layiqli davamıdır. Təkcə son dövrün hadisələrinin təhlilinə əsasən əminliklə deyə bilərik ki, İlham Əliyev, həqiqətən, bu missiyanın öhdəsində uğurla gəlir”, - deyən bölmə sədri ölkədə və dünyada baş verən hadisələrin təhlili, eləcə də faktlar əsasında fikirlərini izah edib.
Daha sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov “Ulu Öndər Heydər Əliyev və Azərbaycan dövlətinin xarici siyasəti”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda məruzə ediblər.
Məruzələrdə Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından, sonrakı mərhələdə müstəqil Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənməsi və xarici əlaqələrinin formalaşmasındakı müstəsna xidmətlərindən bəhs olunub. Ermənistanla atəşkəsin elan olunması, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində görülən işlər, ordu quruculuğu sahəsində aparılan islahatlar, xarici investorların ölkəyə cəlb olunması və başqa məsələlər elmi əsaslarla təhlil edilib.
Konfransda, həmçinin fenomenal yaddaşa malik Heydər Əliyevin milli mədəniyyətimizin inkişafı və qorunması istiqamətində atdığı mühüm addımlar, ölkədə qeydə alınan inkişaf tempinin mədəniyyətin bütün sahələrinə təsiri, Ulu Öndərin teatr, kino və incəsənətə xüsusi qayğısı, incəsənət xadimlərinə münasibəti kimi məsələlər şərh olunub. Ümummilli Liderin təşəbbüsü ilə tarixi şəxsiyyətlərin tanıdılması məqsədilə ərsəyə gətirilən filmlər soykökünə bağlılığın göstəricisi kimi dəyərləndirilib.
Məruzəçi Ələkbər Qasımov çıxışının sonunda Ulu Öndərlə bağlı xatirələrini konfrans iştirakçıları ilə bölüşüb.
Sonda akademik İsmayıl Hacıyev konfransda diqqətdə saxlanan məsələlərlə bağlı ümumiləşdirmələr apararaq elm tədbirinə yekun vurub.
Digər xəbərlər