NAXÇIVAN :

27 Iyun 2025, Cümə

Naxçıvanda "Şam işığında" adlı möhtəşəm konsert keçirilib

...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "Şam işığında" adlı konsert proqramı keçirilib.
Konsertdə yerli film musiqiləri və retro ifaları vokal, qrup, simli kvartet və piano ilə ifa edilib.
Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən konsertdə dövlət nümayəndələri və şəhər ictimaiyyəti iştirak edib.
İzləyicilər tərəfindən böyük rəğbətlə qarşılanan konsert proqramı maraqlı təəssüratla yadda qaldı.
Sonda Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov kollektivi uğurlu çıxışa görə təbrik edib.
Qeyd edək ki, Londondan Sidneyə, Oslodan İstanbula – dünyanın dörd bir yanında milyonlarla insan tərəfindən sevilən, tarixi tikililərdə və özünəməxsus məkanlarda şam işığında keçirilən klassik musiqi konsertləri ənənəsi artıq Bakıdan sonra regionlar arasında ilk dəfə Naxçıvanda keçirilib.

Nəşr edilib : 27.06.2025 17:38