NAXÇIVAN :

14 May 2025, Çərşənbə

Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 23 mindən çox xidmət göstərilib

...

Cari ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən, ümumilikdə, 17 min 146 şəxs qəbul edilib.
Dövlət Vergi Xidmətindən “Şərq qapısı”na bildirilib ki, mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və digər məsələlərlə bağlı 23 min 804 xidmət göstərilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 38,4 faiz çoxdur.
Ümumi xidmətlərin 93 faizini 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib.
Cari ilin yanvar-aprel aylarında vergi ödəyicilərinə 567 min 299 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 37 görüş keçirilib, 168 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 1205 müraciət üzrə 2111 "Asan imza" sertifikatı verilib.

Nəşr edilib : 14.05.2025 13:13