Ankarada Türkiyə ilə Azərbaycan arasında əmək və s...
21:59 14.05.2025
0
0
0
Azərbaycan bərpa olunan enerji mənbələrinin (BOEM) təchizat imkanlarını genişləndirmək üçün Avropa İttifaqı və Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlığını gücləndirir.
"Şərq qapısı" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Londonda Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) illik iclası çərçivəsində “Azərbaycan: “yaşıl artım” və əlaqəliliyin formalaşan qapısı” adlı panel müzakirəsində bildirib.
"Azərbaycan Avropa ilə Mərkəzi Asiya arasında "yaşıl körpü" salır", - deyə o qeyd edib.
O qeyd edib ki, Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsindəki bütün layihələri özəl sektor tərəfindən - əsasən xarici, həmçinin yerli investorların iştirakı ilə həyata keçirilir.
"Azərbaycan hökuməti Dövlət Neft Şirkəti (SOCAR) vasitəsilə investor-tərəfdaşların sorğusu əsasında layihələrdə minoritar payın əldə edilməsinə açıqdır", - nazir vurğulayıb.
M.Cabbarovun sözlərinə görə, Azərbaycan üçün "yaşıl enerji"yə keçid təkcə ideoloji seçim deyil, ilk növbədə iqtisadi cəhətdən əsaslandırılmış qərardır: "Dövlət gəlirlərinin əhəmiyyətli hissəsinin hələ də ənənəvi enerji mənbələri hesabına formalaşmasına baxmayaraq, biz əminik ki, bərpa olunan enerji mənbələrinin davamlı inkişafı belə layihələrin möhkəm iqtisadi təməli olduğu və investorlar üçün maraq kəsb etdiyi halda mümkündür".
Digər xəbərlər