NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Naxçıvanda xidmət mərkəzlərində 17 minədək vergiödəyicisi qəbul edilib

...

Cari ilin yanvar-aprel ayları ərzində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən, ümumilikdə, 16 min 932 şəxs qəbul edilib.

Dövlət Vergi Xidmətindən "Şərq qapısı"na bildirilib ki, mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 25 min 197 xidmət göstərilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 faiz çoxdur.

Ümumi xidmətlərin 84 faizini 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib.

Yanvar-aprel aylarında vergi ödəyicilərinə 473 min 102 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib, vergi ödəyiciləri ilə 44 görüş keçirilib, 275 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 1696 müraciət üzrə 2898  "Asan imza" sertifikatı verilib.

Nəşr edilib : 13.05.2026 10:39