NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Naxçıvanda yetkinlik yaşına çatmayanlarla bağlı tədbir keçirilib

...

“Yetkinlik yaşına çatmayanlar tərəfindən və ya onlara qarşı törədilən hüquqpozmaların vaxtında qarşısının alınması və bu sahədə profilaktiki işlərin kəsərliliyinin artırılması” mövzusunda tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Prokurorluğu və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Yetkinlik yaşına çatmayanlar tərəfindən və ya onlara qarşı törədilən hüquqpozmaların vaxtında qarşısının alınması və bu sahədə profilaktiki işlərin kəsərliliyinin artırılması” mövzusunda tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Mahir Babayev  giriş sözü ilə çıxış edərək mövzu ilə bağlı fikirlərini bildirib. 
Tədbirdə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının əməkdaşı Mahir Babayev, Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Təhminə Mustafayeva, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli və Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Səfəralı Vəliyev mövzu ilə bağlı çıxış ediblər. 
Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Nəşr edilib : 14.05.2026 14:28