NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Naxçıvanda yük və sərnişin daşınması artıb

...

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən "Şərq qapısı"na verilən məlumata görə, 2026-cı ilin yanvar-aprel aylarında muxtar respublikada nəqliyyat sektorunda 2 milyon 272 min 500 ton yük, 15 milyon 174 min 500 sərnişin daşınıb. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,1 faiz, sərnişin daşınması isə 0,9 faiz artıb.
Eyni zamanda 2026-cı ilin yanvar-aprel aylarında muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 492 milyon 511 min 700 manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çoxdur. Ticarət şəbəkəsində 254 milyon 136 min manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 238 milyon 375 min 700 manatlıq qeyri-qida məhsulları satılıb.

Nəşr edilib : 15.05.2026 14:29