HHQ-də zabit təkmilləşdirmə kursunu bitirənlərə se...
10:33 08.06.2026
0
0
0
“Şərq qapısı” xəbər verir ki, naxçıvanlı alim, tarix elmləri doktoru, professor Sevinc Abbasova Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən “Həqiqi Akademik üzv” seçilib və “Beynəlxalq Qızıl Ulduz” medalı ilə təltif olunub.
Qeyd edək ki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən təqdim olunan “Həqiqi Akademik üzv” statusu və “Beynəlxalq Qızıl Ulduz” medalı Türk dünyası miqyasında elm, təhsil, mədəniyyət və ictimai xidmət sahələrində əldə olunan yüksək nailiyyətlərin göstəricisi hesab edilir.
“Həqiqi Akademik üzv” statusu alimin beynəlxalq elmi standartlara cavab verən tədqiqatlar aparmasını, dərslik və monoqrafiyalar müəllifi olmasını, eləcə də gənc elmi kadrların hazırlanmasında mühüm xidmətlərini ifadə edir.
“Beynəlxalq Qızıl Ulduz” medalı isə Türk dünyasının elmi, mədəni və ictimai inteqrasiyasına, ortaq dəyərlərin qorunmasına və beynəlxalq səviyyədə təbliğinə töhfə verən görkəmli şəxslərə təqdim olunan ali mükafatlardan biridir.
Digər xəbərlər