NAXÇIVAN :

27 Iyun 2025, Cümə

Naxçıvanlı şahmatçı “Şəki Open" turnirində uğur qazanıb

...

Azərbaycan Şahmat Federasiyasının və "Premier School" şahmat məktəbinin birgə təşkilatçılığı ilə “Şəki Open 2025” beynəlxalq şahmat festivalı keçirilib. Ənənəvi turnirdə 8 ölkədən 260 iştirakçı mübarizə aparıb.
Yarışda Naxçıvandan beynəlxalq qrossmeyster Urfan Sevdimaliyev, beynəlxalq ustalar Toğrul Həsənzadə və Pərviz Qasımov da iştirak ediblər.
Turnirdə uğurla çıxış edən Urfan Sevdimaliyev  9 turdan 6 xal toplayaraq turnir cədvəlində 4-7-ci yerləri bölüşdürüb. Əlavə göstəricilərə əsasən isə yekun sıralamada 6-cı olan təcrübəli şahmatçı mükafatçılar sırasına düşüb.

Nəşr edilib : 27.06.2025 19:40