NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Ötən həftə 78 mina və 416 digər partlayıcı sursat zərərsizləşdirilib

...

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən mayın 18-24-də icra edilən əməliyyatlara dair məlumatı açıqlayıb.

ANAMA-dan  bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən piyadaəleyhinə 45, tankəleyhinə 33 mina və 416 digər partlayıcı sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həmin müddətdə 2092 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib.

Nəşr edilib : 25.05.2026 11:39