NAXÇIVAN :

08 May 2025, Cümə axşamı

Parlamentin növbəti iclasının vaxtı bilinib

...

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası mayın 16-da keçiriləcək.

"Şərq qapısı" xəbər verir ki, bu barədə parlamentin sədri Sahibə Qafarova bu gün keçirilən “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusuna həsr edilmiş xüsusi iclasın yekununda məlumat verib.

O qeyd edib ki, plenar iclasın gündəliyi haqqında ictimaiyyətə məlumat veriləcək.

Nəşr edilib : 08.05.2025 14:28