NAXÇIVAN :

27 Iyun 2025, Cümə

Qadın adları ilə saxta profillər yaradaraq vətəndaşları aldadan şəxs polis tərəfindən saxlanılıb

...

Babək Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində sosial şəbəkələrdə qadın adlarından istifadə edərək saxta profillər açan və bu yolla vətəndaşların pul vəsaitlərini talayan 23 yaşlı Elməddin Babayev saxlanılıb.
"Şərq qapısı" xəbər verir ki, araşdırma zamanı Elməddin Babayevin sosial şəbəkə hesablarında fiziki qüsurlu azyaşlıların fotolarını paylaşaraq onları öz övladı kimi təqdim etdiyi və  həqiqətə uyğun olmayan məlumatlar paylaşdığı müəyyən edilib. 
Faktlarla bağlı araşdırma aparılır. E.Babayevin qanunsuz əməllərindən zərər çəkmiş digər şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər.

Nəşr edilib : 13.06.2025 09:45