NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

“Qədim ənənələr gələcəyə mirasdır” mövzusunda tədbir keçirilib

...

Bu gün Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Culfa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Culfa rayonu Yaycı kənd 1 nömrəli tam orta məktəbdə “Qədim ənənələr gələcəyə mirasdır” mövzusunda tədbir keçirilib.

“Şərq qapısı” xəbər verir ki, tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşı Vüsal Möhbalızadə açılış nitqi ilə çıxış edərək mövzunun əhəmiyyətindən bəhs edib.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Uşaq problemləri şöbəsinin məsləhətçisi Elsun Cahangirli çıxışında bildirib ki, xalqımızın qədim ənənələri milli kimliyimizin təməlini təşkil edir. Bu ənənələr nəsildən-nəslə ötürülərək insanları tarixi köklərinə bağlayır.

Tədbir diskussiya şəklində davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı broşürlər paylanılıb və məktəbin elan lövhələrində maarifləndirici posterlər yerləşdirilib.

Nəşr edilib : 08.05.2026 16:04