MEDİA: Azərbaycan hərbi təyyarələrinin İranla sərh...
14:39 13.06.2025
0
0
0
Vətənimizin ayrılmaz tərkib hissəsi olan Qərbi Azərbaycan hər qarışında keçmişimizin izlərini daşıyan tarixi məkandır. Sadəcə, təbiətinə görə deyil, həmçinin mədəniyyət abidələrinin zənginliyinə görə də seçilən əzəli torpağımız tarixin yaddaşında əhəmiyyətli bir məqama malikdir.
AMEA Naxçıvan Bölməsinin elmi kitabxanasında “Qərbi Azərbaycana qayıdış” adlı sərgi təşkil edilib.
Sərgidə Qərbi Azərbaycanın tarixi, görkəmli şəxsiyyətləri, xanlıqlar dövrü, azərbaycanlılara məxsus olan dağıdılmış yaşayış məntəqələrinin siyahısı, Zəngəzur qəzası üzrə dağıdılmış kəndlərin siyahısı, Azərbaycanın müxtəlif tarixi dövrlərdəki xəritələri və fotoşəkillər nümayiş olunur.
Kitablar sırasında “Qərbi Azərbaycanın etno-mədəni mühiti: tədqiqlər, xatirələr, faktlar”, “Ağbaba”, “Qərbi Azərbaycan: tarixi-siyasi aspektlər, “Qərbi Azərbaycan: faktlar, sənədlər, reallıqlar”, “Ağbaba, Şörəyel, Pəmbək və ona yaxın olan bölgələrin mikrotoponimləri”, “Göyçədən başlayan ömür yolu” və başqaları yer alıb.
Virtual sərgi ilə aşağıdakı hiperlink vasitəsilə tanış ola bilərsiniz:
https://docs.google.com/presentation/d/e/2PACX-1vRwhdO-4lhtIJytzKGtkv-xeiZ86RezosbonKPOXKCUrfUnFWiPcokpzDqQXs7n56oBoDDid26S7fiz/pub?start=true&loop=true&delayms=30000
Digər xəbərlər