NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Şagirdlər üçün rəqəmsal təhlükəsizlik üzrə maarifləndirici tədbir keçirilib

...

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən 4-8 may tarixlərdə Naxçıvan şəhəri üzrə ümumtəhsil məktəblərində “Rəqəmsal təhlükəsizlik dərsi” adlı maarifləndirici layihə həyata keçirilib.
“Şərq qapısı” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunub. Layihənin əsas məqsədi şagirdlərin rəqəmsal savadlılığının artırılması, onların internet mühitində təhlükəsiz davranış vərdişlərinin formalaşdırılmasıdır.
Təlimlər nazirliyin əməkdaşları tərəfindən məktəblərin mövcud dərs cədvəllərinə uyğun olaraq informatika fənni çərçivəsində keçirilib. Seminarlar zamanı şagirdlərə şəxsi məlumatların qorunması, sosial şəbəkələrdə təhlükəsiz davranış qaydaları, kibertəhlükələrdən müdafiə üsulları rəqəmsal mühitdə təhlükəsiz ünsiyyət barədə praktiki biliklər tədris olunub.
Bununla yanaşı, şagirdlərlə mövzu üzrə test tapşırıqları həyata keçirilib, interaktiv sual-cavab sessiyaları və maarifləndirici oyunlar təşkil edilib.
Qeyd edək ki, bu kimi maarifləndirici layihələr şagirdlərin rəqəmsal bacarıqlarının inkişafına, eləcə də təhlükəsiz informasiya mühitinin formalaşdırılmasına mühüm töhfə verir.

Nəşr edilib : 08.05.2026 19:21