Naxçıvan kitab sərgisi şair, yazıçı, publisist Aqş...
17:10 10.05.2026
0
0
0
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş şahmat turniri yekunlaşıb.
Mayın 10-u Naxçıvan Şahmat Mərkəzində turnirin mükafatlandırma tədbiri olub. İdmançılara mükafatları Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov təqdim edib.
Nəticələrə əsasən Yasin Əzimov mümkün 9 xaldan 8,5-ni toplayaraq turnirin qalibi olub. Aktivində 7 xal olan Mirsaleh Seyidli və Ramal Həsənov müvafiq olaraq ikinci, üçüncü yerlərə sahib çıxıblar.
Adil Sevdimaliyev "Veteran şahmatçı", Hüseyn Quliyev "Ən kiçik şahmatçı" və Ayla Zamanlı "Qızlar" kateqoriyalarında fərqləniblər. Uğur Qəribli, Firuzə Quliyeva, Bəxtiyar Cəfərli, İlham Mahmudov və Fərəməz Quliyev yaş kateqoriyalarında birinci olublar.
Qeyd edək ki, İsveçrə sistemi üzrə 9 turdan ibarət yarışda müxtəlif yaş qruplarına mənsub 35 zəka sahibi iştirak edib.
Digər xəbərlər