NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Səlahiyyətli nümayəndə Sədərək rayonunda vətəndaşları qəbul edəcək

...

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov 28 yanvarda Sədərək rayonunda vətəndaşları qəbul edəcək.
Vətəndaşlar 20-23 yanvar tarixlərdə nümayəndəliyə rəsmi şəkildə (nakhchivansn@pa.gov.az) müraciət edərək və ya (036 544-01-43) nömrəsinə zəng vurmaqla qeydiyyata yazıla bilərlər.
Vətəndaşların qəbulu əvvəlcədən tərtib edilmiş qeydiyyat siyahısına əsasən həyata keçiriləcək.

Nəşr edilib : 19.01.2026 14:27