NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

“Şərq qapısı” qəzetinin kollektivi Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

...

Mayın 10-da səhər saatlarından Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar muxtar respublikada fəaliyyət göstərən nazirlik, komitə, idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri dahi şəxsiyyətin Naxçıvan şəhərinin mərkəzində ucalan abidəsini ziyarət edirlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin orqanı “Şərq qapısı” qəzetinin kollektivi də görkəmli dövlət xadiminin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək öz ehtiramlarını göstəriblər.

Nəşr edilib : 10.05.2026 13:50