NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Əməkdaşlıq Forumu keçirilir

...

Bu gün Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Əməkdaşlıq Forumu keçirilir.
"Şərq qapısı" xəbər verir ki, forumda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin QHT nümayəndələri, dövlət qurumlarının təmsilçiləri, ekspertlər və ictimai fəallar iştirak edirlər.
Tədbirin əsas məqsədi türk dünyasında vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın genişləndirilməsi, ortaq layihələrin təşviqi, humanitar, sosial, mədəni və ictimai istiqamətlər üzrə birgə fəaliyyət imkanlarının müzakirəsidir.

Nəşr edilib : 16.05.2026 10:55